14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

DSMF: Məcburi dövlət sosial sığorta üzrə 111,9 milyon manat vəsait ödənilib

16-09-2024
IMG

Bu ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 111,9 milyon manat vəsait ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 milyon manat və ya 5,8 faiz çox vəsait xərclənib.

Paylaş: