BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri ilə COP29-un əhəmiyyəti müzakirə olunub
Milli Hidrometeorologiya Xidmətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Carbon Gate” iqlim texnologiyaları müəssisəsinin həmtəsisçisi və baş direktoru, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, görüşdə iqlim dəyişikliyinin təsirləri, karbon emissiyalarının azaldılması, eləcə də bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti müzakirə olunub.
Görüş çərçivəsində Okan Dursun xidmətdə fəaliyyət göstərən Situasiya Mərkəzinin iş prinsipi, “TÜRKMETCAP+” proqnoz sistemi, hidrometeoroloji müşahidə məlumatlarının vizuallaşdırılması, radar müşahidələri, avtomatlaşdırılmış hidroloji müşahidə sistemləri və atmosfer havasının keyfiyyətinin monitorinqi stansiyalarının məlumatları ilə tanış olub.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...