14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

Baş Prokurorluq: Sumqayıtda yataqxanadakı partlayışın qazsızma nəticəsində baş verdiyi ehtimal olunur

15-01-2024

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Fhnews.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.

Paylaş: