14 mart 2025, cümə Bakı, 14°C
IMG-LOGO

ANAMA-nın İdarə Heyətinin sədri: Biz minatəmizləmə fəaliyyətini təhlükəsizliyə riayət edərək sürətlə aparmağa çalışırıq

16-01-2024

“Statistika onu göstərir ki, baş vermiş mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən içəridə olan ərazilərdə baş verib. Bu onu göstərir ki, mina döşənən ərazilər yalnız keçmiş təmas xətti deyil. Təmas xətti ilə yanaşı başqa ərazilər də minalarla çirklənib. Amma Ermənistan təəssüflər olsun ki, Azərbaycan ərazilərində heç bir məntiqə uyğun olmayan və mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb”.

Fhnews.az xəbər verir ki, bu barədə yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ANAMA dövlətin və hökumətin müəyyənləşdirdiyi prioritetlərə uyğun şəkildə minatəmizləmə fəaliyyəti aparır: “Bilirsiniz ki, 2020-ci ildən indiyədək işğaldan azad olunmuş ərazilərdə mühüm işlər görülüb, infrastruktur layihələri həyata keçirilib, avtomobil və dəmir yolları salınır, aeroportlar, binalar tikilib. Bu bərpa-quruculuq işlərinin sürəti hamını heyrətləndirir.

Biz minatəmizləmə fəaliyyətini təhlükəsizliyə riayət edərək və qaydaları pozmadan sürətlə aparmağa çalışırıq ki, həyata keçirilən infrastruktur layihələrində ləngimə olmasın.

Bundan başqa, qadınların minatəmizləmə əməliyyatına marağı var. Bir qrup qadın əməkdaşımız minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Hazırda onlar Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatlarına cəlb ediliblər. Başqa istəyənlər də var. Ümumiyyətlə qadınlar arasında minatəmizləmə fəaliyyətinə müraciət edənlərin sayı az deyil”.

Paylaş: