Alpinistlər Haçadağının zirvəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər
1992-ci il fevralın 26-da ermənilərin Azərbaycanda törətdiyi Xocalı qətliamında həlak olan 613 nəfərin xatirəsi Naxçıvandakı Haçadağının zirvəsində Türkiyə və Azərbaycandan olan alpinistlərin iştirakı ilə anılıb. Azərbaycanın Qars Baş Konsulluğu, İğdır Gənclər və İdman Müdirliyi, Naxçıvan Gənclər və İdman Nazirliyi, Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER), İğdır Düşərgə və Gəzinti İdman Klubu, Könüllü Səfirlər Axtarış-Xilasetmə Dərnəyi (GEAK) və alpinistlərin birgə təşkil etdiyi proqramda Naxçıvan Fövqəladə Hallar və Daxili İşlər nazirliklərindən ibarət qrupla 5 alpinist bir araya gələrək, təxminən 6 saata Haçadağının zirvəsinə qalxıblar.
Burada keçirilən mərasimdə Türkiyə və Azərbaycanın dövlət himnlərini oxuyan qrup, daha sonra “Xocalı şəhidlərini rəhmət, minnət və hörmətlə yad edirik” yazılı pankart və Türkiyə və Azərbaycanın bayraqlarını açıb.
Yürüşdə qardaş ölkənin müxtəlif bölgələrindən 50 alpinist və 10 yerli ekstrimsevər iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşün sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.
Baş Prokurorluqda aktual hüquqi...
Ötən ay məcburi dövlət sosial sığorta...
DOST Agentliyinin fəaliyyətinə dair...
Zərərli orqanizm aşkarlanan nektarin...
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə...