Yunanıstanda 4 adada təhsil daha bir həftə dayandırıldı
Yunanıstan Egey dənizində son həftələr davam edən seysmik aktivliyə görə bölgədəki 4 adada məktəblərdə təhsilə daha bir həftə ara verilib.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis sosial media hesabından verdiyi açıqlamada Egey dənizində seysmik aktivlikdən təsirlənən Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında məktəblərin gələn həftə də bağlanılacağını açıqlayıb.
Qeyd edək ki, seysmik aktivliyə görə fövqəladə vəziyyət elan edilən bu 4 adada eyni səbəbdən son 2 həftə təhsil dayandırılıb.
Vyetnam 8 milyard dollarlıq dəmir yolu...
Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi...
Geyinilə bilən tibbi cihazla hormon...
Bu axşam İstanbulda qar fırtınası...
Etna vulkanı püskürüb...