20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Yasamal Sosial Xidmət Mərkəzində “Açıq qapı” keçiriləcək
 

13-02-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində vətəndaşlar üçün “Açıq qapı” günü keçiriləcək.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Açıq qapı” günü fevralın 19-da təşkil ediləcək.

Tədbirin məqsədi mərkəzdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə və onların valideynlərinə göstərilən sosial xidmətlər barədə məlumatlığı artırmaq, vətəndaşlar üçün bu xidmətlərlə yerində tanış olmaq imkanı yaratmaqdan ibarətdir.

“Açıq qapı” günündə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, [email protected]  elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Bakı filialına yaxınlaşa bilərlər.

Paylaş: