Türkiyə Prezidenti Pakistana səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Pakistana səfər edib.
Fhnews.az xəbər verir ki, Türkiyə liderini İslamabad aeroportunda Pakistan Prezidenti Asif Ali Zerdari, Baş nazir Şahbaz Şərif və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə Prezidentini nazirlər, yüksəkvəzifəli dövlət rəsmiləri və korporativ rəhbərlərdən ibarət yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edib. Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər.
Sessiyanın sonunda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir. Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Vyetnam 8 milyard dollarlıq dəmir yolu...
Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi...
Geyinilə bilən tibbi cihazla hormon...
Bu axşam İstanbulda qar fırtınası...
Etna vulkanı püskürüb...