Tayvanda ticarət mərkəzində dəhşətli partlayış: ölən və yaralananlar var
Tayvanın Tayçunq şəhərindəki "Şin Konq Mitsukoşi" ticarət mərkəzində partlayış baş verib. Qaz sızması nəticəsində meydana gəldiyi bildirilən partlayışda 5 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
Əraziyə polis, təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 5 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilib. Bildirilib ki, partlayışa restoranda qaz sızması səbəb ola bilər.
Tayvan lideri Lai Çinq-te partlayışın səbəbini tez bir zamanda araşdırılması üçün göstəriş verib.
Vyetnam 8 milyard dollarlıq dəmir yolu...
Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi...
Geyinilə bilən tibbi cihazla hormon...
Bu axşam İstanbulda qar fırtınası...
Etna vulkanı püskürüb...