20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

SOMDA-ya könüllü hərbi xidmətə daxil olmaq istəyənlər üçün sənəd qəbulunun müddəti uzadılıb

14-02-2025
IMG

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə (SOMDA) könüllü hərbi xidmətə daxil olmaq istəyən vətəndaşlar üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə  SOMDA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən (16.01.2025-ci il tarixdə verilmiş elanda qeyd edilmiş tələblərə cavab verən) vətəndaşların nəzərinə çatdırılır ki, Agentlikdə xidmətə daxil olmaq üçün sənəd qəbulunun müddəti fevralın 17-dən 21-dək uzadılıb.

Ətraflı məlumat somda.gov.az saytında yerləşdirilib.

Paylaş: