Sabah paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 5-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı bildirilir. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Vəkillər Kollegiyasında...
BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal...
Bu il 150 əmək yarmarkasının keçirilməsi...
DOST İnklüziv İnkişaf və Yaradıcılıq...
Ötən ay sığortaedənlərin sayı 8 min...