Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir
Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaları davam etdirir.
Fhnews.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyevin sözlərinə görə, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.
"İstintaq gedir, təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin olunub. İş mürəkkəbdir, nəticələri gözləyirik", - deyə Koygeldiyev bildirib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı...
Konstitusiya Məhkəməsi Palatasının...
Qlobal və regional ictimai-siyasi...
Aqrar Tədqiqatlar Mərkəzində ötən il...
Dünya Bankının nümayəndə heyəti AQTİ-nin...