Yaponiyanın Osaka şəhərində ictimai yerlərdə siqaret qadağası başlayıb
Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osaka 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməyə hazırlaşarkən bütün şəhərdə ictimai yerlərdə siqaret çəkməyi qadağan edib. “Expo 2025” 13 aprel-13 oktyabr tarixlərində keçiriləcək və müxtəlif təqdimatlar, müzakirələr və sərgilərin keçiriləcəyi tədbirlərdə 158 ölkə və regiondan nümayəndələr iştirak edəcək.
Yanvarın 27-dən qüvvəyə minən qadağa çərçivəsində yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret və elektron siqaretlərin istifadəsi qadağan edilib. Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər. Osaka Bələdiyyəsi açıqlamasında bildirib ki, şəhərin hər yerində tüstüdən azad əraziləri genişləndirməklə, təhlükəsizliyi, təmizliyi artırmağı və Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik. Bu təşəbbüs təkcə şəhərin estetikasını gözəlləşdirmək deyil, həm də sakinlər və qonaqlar üçün təhlükəsiz və rahat yaşayış mühitini təmin etmək məqsədi daşıyır. Yaponiyada mövcud qanunlar restoranlar, ofislər və ictimai nəqliyyat kimi qapalı yerlərdə siqaret çəkməyi böyük ölçüdə qadağan edir. Bununla belə, bəzi şəhərlərdə ictimai yerlərdə siqaret qadağası da tətbiq edilir. Ölkədə yaşı 20-dən aşağı olan şəxslərə də tütün məmulatları almaq və istifadə etmək qadağandır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, son 20 ildə Yaponiyada tütündən istifadə nisbəti təxminən yarıya qədər azalıb. 2000-ci ildə təxminən 32 faiz olan siqaret çəkmə nisbəti 2022-ci ilə qədər 16 faizə düşüb. Yaponiya Səhiyyə Nazirliyinin 2022-ci ildə keçirdiyi sorğuya görə, yetkin əhalinin 14,8 faizi siqaret çəkir. Nazirlik bu rəqəmi 12 faizə endirməyi hədəfləyir.
Osaka yerli hökuməti ictimai yerlərdə tütündən istifadənin yeni qaydalarına riayət edərək hələ də siqaret çəkməyə icazə verilən əraziləri göstərən xəritə dərc edib. Siqaret əleyhinə oxşar tədbirlər Tokioda 2020-ci il Olimpiadasından əvvəl həyata keçirilib və qüvvədə qalıb. Bildirilib ki, “Expo 2025” çərçivəsində şəhər üzrə irimiqyaslı şəhər infrastrukturu layihələri də daxil olmaqla 164,7 milyard yen (təxminən 1,16 milyard dollar) xərclənib. CNN Travel 2025-ci ildə ziyarət edilməli 25 yer arasında Osakanın da daxil olduğu Kansai bölgəsini qeyd edib.
Bir sıra canlıların genetik...
Fransa Çaddakı son hərbi bazasını orduya...
Antarktida kәşf edilmәmişdәn 300 il...
Kapadokyaya gələn turistlərin sayı hər...
Çinin süni intellektlə işləyən Ay...