AYNA: Avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır
Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.
“Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.
Azərbaycan-Pakistan enerji əlaqələrinin...
Xüsusi hazırlıq şəhadətnamələri və...
GEP 2025: İqtisadi artım tempində...
Maliyyə xidmətləri istehlakçılarının...
Dekabrda ödəniş kartları üzrə artım...