Azərbaycan-Pakistan enerji əlaqələrinin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib
Energetika naziri Pərviz Şahbazov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsində enerji sahəsində mövcud imkanların reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin enerji şirkətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gündəlikdə olan layihələrlə bağlı müzakirələr aparılıb. Həmçinin Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi sənaye miqyaslı layihələr, dənizdə külək enerjisinin istifadəsi və yaşıl enerjinin ixrac marşrutlarının yaradılması kursu çərçivəsində imkanlar nəzərdən keçirilib. Pakistan şirkətləri yaşıl enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dəvət edilib.
Söhbət zamanı, həmçinin Bakıda təsis olunan ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli enerji tərəfdaşlığının möhkəmləndirilməsinə qarşılıqlı dəstək ifadə olunub.
Azərbaycan və Pakistan nəqliyyat...
Azərbaycan-Pakistan enerji əlaqələrinin...
Xüsusi hazırlıq şəhadətnamələri və...
GEP 2025: İqtisadi artım tempində...
Maliyyə xidmətləri istehlakçılarının...