31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025
IMG

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 400 minədək elektron arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox elektron arayış xidməti yaradılıb.

Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan verir.

Paylaş: