30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Hollandiyada Quran və din dərslərinin monitorinqinə etiraz

29-01-2025
IMG

Hollandiya Dini Fondundan verilən açıqlamada hökumətin ölkədə qeyri-formal təhsilə nəzarət üçün hazırladığı qanun layihəsinə qarşı başladılan kampaniyada təxminən 42 min imzanın toplandığı bildirilib. Bu imzalar Nümayəndələr Palatasına təqdim edilib.Bəyanatda qeyd olunub ki, sözügedən qanun layihəsi din, ifadə və azadlıq kimi konstitusiya hüquqlarının zədələnməsi ilə bağlı cəmiyyətdə etimadsızlıq yaradır. 

Nümayəndələr Məclisinə təslim edilən imzalarla əlaqədar hökumət tərəflərin narahatlıqlarını nəzərə alıb. Qanun layihəsinin yenidən qiymətləndirilməsinin zəruriliyi və nəzərə alınması tələb olunub. Kilsələrarası İnformasiya Mərkəzi Fondu  da açıqlamasında bildirib ki, Qanun layihəsinə qarşı başlatdıqları imza kampaniyası ilə təxminən 57 min imza toplanıb. 

Bəyanatda Nümayəndələr Palatasına təqdim edilən imzalarla qanun layihəsinə qarşı siyasi müqavimətin artdığı bildirilib. Fond qarşıdakı aylarda digər siyasi və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edəcək. Məsləhətləşmə yolu ilə qanun layihəsinə qarşı təzyiqləri davam etdirəcəyi bildirilib.

Qeyri-formal təhsilə nəzarət üçün hazırlanan qanun layihəsi Qurani-Kərim, din və türk dili kursları daxil olmaqla  4-17 yaşlı uşaqların həftə sonu izlədikləri qeyri-formal təhsilin monitorinqini nəzərdə turur.

Paylaş: