“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə 2-ci “RoboCode” robotik kodlama düşərgəsinə start verilir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda, müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.
Bir ay müddətində davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.
Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclərin iştirakı nəzərdə tutulub.
İştirak etmək istəyənlər fevralın 13-dək müraciət edə bilərlər.
Qeydiyyat üçün link: https://forms.gle/kqGE1EqduPdQ4fkS7
Mətbuat Şurasında bələdiyyə seçkiləri...
Saat 15:00-a olan məlumata görə,...
Bələdiyyə seçkiləri: Mətbuat Şurasının...
Qazaxıstanda AZAL təyyarəsinin qəzaya...
Ötən il 1311 şəxs sanatoriya-kurort və...