Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə işlərlə bağlı qərarlar qəbul edib
Yanvarın 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb, bununla bağlı fikir mübadiləsi aparılıb.
İclasda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının tərkibi formalaşdırılıb. Eyni zamanda, intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı...
Konstitusiya Məhkəməsi Palatasının...
Qlobal və regional ictimai-siyasi...
Aqrar Tədqiqatlar Mərkəzində ötən il...
Dünya Bankının nümayəndə heyəti AQTİ-nin...