AMEA Rəyasət Heyətinin iclasında Yer Elmləri bölməsinin illik hesabatı təqdim olunub
Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA-nın Yer Elmləri bölməsinin və bölməyə daxil olan elmi müəssisə və təşkilatların illik hesabatları təqdim edilib.
Fhnews.az xəbər verir ki, İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2024-cü ildə ümumilikdə akademiya üzrə müsbət nəticələr əldə olunduğunu qeyd edib. AMEA prezidenti çıxışında Yer Elmləri bölməsinə daxil olan elmi müəssisə və təşkilatların əldə etdiyi nəticələr, AMEA-nın qarşısında duran vəzifələr haqqında da danışıb. AMEA-nın Yer Elmləri bölməsinin illik hesabatını bölmə rəhbərinin müavini, akademik Fəxrəddin Qədirov təqdim edib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli RSXM- nın 2024-cü ildəki elmi və elmi təşkilatı fəaliyyətinə dair hesabatını təqdim edib. Baş direktor çıxışında mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar, əldə olunmuş nəticələr haqqında məlumat verib. Professor Qurban Yetirmişli çıxışında Azərbaycan ərazisindəki seysmikliklə bağlı 2012-2024-cü illərin müqayisəli təhlilini də təqdim edib. Baş direktor əvvəlki illərlə müqayisədə güclü zəlzələlərin baş verməsi baxımından 2024-cü ildə seysmikliyin zəif olduğunu deyib. Professor Qurban Yetirmişli həmçinin mərkəzin beynəlxalq əməkdaşlığı, Böyük Britaniyanın Oksford universiteti ilə birgə aparılan paleseysmoloji tədqiqatlar, palçıq vulkanlarının dinamikasının seysmik stansiyalar vasitəsi ilə müşahidə olunması və digər elmi təşkilati sahədə görülən işlər haqqında danışıb.
Daha sonra AMEA-nın Şəki regional bölməsinin hesabatı təqdim olunub. Müzakirələr təqdim olunmuş hesabatlarla bağlı çıxışlarla davam etdirilib.
AMEA-da elektron xidmətlərə həsr olunmuş...
Azərbaycanın iki universiteti ilk dəfə...
Gəncədə yaradıcı şəxslər əqli mülkiyyət...
AMEA Rəyasət Heyətinin iclasında Yer...
BMU tələbələrinin hazırladıqları...