30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Britaniya kosmik fəaliyyəti üçün şirkətə 25 milyon dollar yaxın sərmayə qoyub

29-01-2025
IMG

Böyük Britaniya kosmik şirkət “Orbex”ə 20 milyon funt sterlinq (24,84 milyon dollar) sərmayə yatırdığını elan edib.

Fhnews.az “Reuters”ə istinadla xəbər verir ki, bu vəsait peykləri orbitə yerləşdirmək üçün istifadə olunacaq “Prime” adlı orbital raketin inşasına və onun bu ilin sonunda Şotlandiyanın şimalında yerləşən Saxavord kosmodromundan buraxılmasına yönəldiləcək.

Bu, ilk dəfə tamamilə Britaniya istehsalı olan və ölkə ərazisindən buraxılan orbital raket olacaq. Britaniya uzun müddətdir öz kosmik sektorunda buraxılış imkanlarını yaratmağa çalışır. Hazırda ölkədə bu sahədə təxminən 52 min nəfər çalışır. Həmçinin, Britaniya ABŞ-dan sonra dünyada ən çox peyk istehsal edən ölkədir.

Britaniyanın texnologiya naziri Piter Kayl bildirib ki, atılacaq addım ölkənin bu sahədə aparıcı mərkəzə çevrilməsinə təkan verəcək. Hökumətin hesablamalarına görə, Avropada peyklərə olan tələbatın cəmi 2 faizini əldə etmək Britaniya iqtisadiyyatına 2033-cü ilə qədər təxminən 1 milyard dollar gəlir gətirə bilər. Hazırda Avropada peyk bazarının ümumi dəyərinin 50 milyard dollara çatacağı proqnozlaşdırılır.

Paylaş: