30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Ötən il DSMF-də 298 mindən çox vətəndaş müraciəti cavablandırılıb

28-01-2025
IMG

Ötən il Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 298 min 387 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bunlardan 266 min 710-u rəsmi məktub və telefon zəngi, 31 min 677-si isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

Paylaş: