Çində humanoid-robotların kütləvi istehsalına bu ilin sonunda başlanıla bilər
Çinin Şençjan şəhərində yerləşən “UBTech Robotics” şirkəti 2025-ci ilin sonunadək humanoid-robotların kütləvi istehsalına başlamağı planlaşdırır.
Fhnews.az “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, Çin Yeni ilinin qeyd edilməsinə həsr olunmuş konsert verilişində insanabənzər robotların rəqsinə bütün dünya heyrətlə baxıb. Qəzet yazır: “İndi əminliklə deyə bilərik ki, gələcək gəlib çatıb”.
Bu il “UBTech Robotics” 500-dən 1000-ə qədər sənaye robotu tədarük edəcək ki, bunun da 60 faizindən çoxu gələcək “Walker S2” modelləridir. Onlar daha yüngül və güclü olacaq. İtkilərə baxmayaraq, “UBTech” süni intellektə aktiv şəkildə sərmayə qoyur və Çinin sürətlə inkişaf edən robot texnikası bazarında rəqabətini davam etdirir. İstehsalçının müştəriləri arasında “Foxconn” və “SF Express” kimi aparıcı şirkətlər var.
Şirkətin baş meneceri Maykl Tam məhsulların “SF Express” logistika şirkəti, avtomobil istehsalçıları və digər istehlakçılara tədarük ediləcəyini açıqlayıb.
“UBTech”in əsas məqsədi hər ailəyə insanabənzər robotlar gətirməkdir. Şirkətin əsas diqqəti sənaye robotlarının istehsalına yönəlib. Zavodların işçi qüvvəsi çatışmazlığı problemini həll etmək üçün insanabənzər robotlara ehtiyac var”, - deyə baş menecer vurğulayıb.
İnsanabənzər robotlar hələ evdə işləmək üçün kifayət qədər “ağıllı” deyil. Proqramçılar yaxın gələcəkdə bu problemi də həll edəcəklər. Çinin fabrik və zavodları insanabənzər robotların işləməsi və təlimi üçün əlverişli mühit yaradır.
2012-ci ildə qurulan “UBTech” Çinin robot texnikası sənayesinin liderlərindən birinə çevrilib. 2023-cü ildə Honkonq Birjasına daxil olan şirkət xidmət və logistika daxil olmaqla müxtəlif sektorlar üçün geniş çeşiddə robotlar təklif edir. Keçən ilin oktyabrında “UBTech” şirkəti artıq avtomobil zavodlarında istifadə olunan sənaye humanoid-robotunu – “Walker S1”i təqdim edib. M.Tamın fikrincə, istehsalı “Foxconn” müəssisələrində həyata keçirmək daha çox dəqiqləşdirmə tələb edəcək.
Pentaqon rəhbəri: Sərnişin təyyarəsi ilə...
Tehranda havanın çirklənməsi "qırmızı"...
Avropa İttifaqı Rusiyaya qarşı yeni...
Bir sıra canlıların genetik...
Fransa Çaddakı son hərbi bazasını orduya...