31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

Osmanlı dönəmində türklər tərəfindən inşa edilən dünyanın ilk bərəsi

30-01-2025
IMG

1800-cü illərdə İstanbul Boğazının hər iki tərəfində daşımalar sadə qayıqlar vasitəsilə həyata keçirilib.1840-cı illərdə kiçik vapurlar Boğazda daşıma xidməti göstərməyə başlayır. 1850-ci ildə isə "Şirkəti- Xeyriyyə"nin qurulması ilə İstanbul xalqına daha böyük bərələr vasitəsilə dəniz nəqliyyatı xidmətinə başlanıb.

Şirkətin rəhbərlərindən biri olan Hüseyn Haqqı Əfəndi yenilikçi bir insan olub  və uzun illərdir Boğazda xüsusilə nəqliyyat vasitələrinin daşınmasını asanlaşdıracaq bir həll yolu axtarıb. Şirkətin memarı ilə birlikdə bir il ərzində çalışaraq həm irəli, həm də geri gedə bilən, göyərtəsi düz, üzərində insanların da daşınması üçün ərazisi olan, hər iki ucunda qapaqların olduğu bir bərə dizaynı hazırlayırlar. Həmin dizaynı İngiltərədəki gəmiqayırma zavoduna göndərirlər. İngilislər bu dizayna heyran qalır.

İnşası təxminən 2 il davam edən, 1871- ci ildə başa çatan bərəyə "Suhulet" adı verilir ki, bunun da mənası rahatlıq deməkdir. İlk səfərini 1872-ci ildə Üsküdarla Kabataş arasında reallaşdıran "Suhulet" İstanbul Boğazının hər iki tərəfində 89 il xidmət göstərir.

Paylaş: