İlin ilk “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Fransanın paytaxtı Parisdə keçiriləcək ilin ilk “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz yarışda kişilər arasında 6 çəki dərəsində 10 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq. Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kiloqram) zədəli olduğuna görə, millinin tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcək.
Cüdoçulara performans direktor, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.
Qeyd edək ki, fevralın 1-2-də təşkil olunacaq “Böyük Dəbilqə”də 54 ölkədən 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
İlin ilk “Böyük Dəbilqə” turnirində...
AMADA-nın aparıcı mütəxəssisləri...
Bakıda ilk dəfə keçiriləcək basketbol...
Azərbaycan Karate Federasiyasının...
Azərbaycan karateçiləri ötən il...