2025-ci ildə qlobal insan haqlarını dəstəkləmək üçün 500 milyon dollar yardıma ehtiyac var
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk insan haqlarına qlobal dəstəyi canlandırmaq üçün 2025-ci il üçün 500 milyon dollarlıq yardım çağırışına başladıqlarını açıqlayıb.
Başlatdıqları çağırışla bağlı verdiyi yazılı açıqlamada Volker Türk "İnsan hüquqlarına qlobal dəstəyi canlandırmaq və bu sahədəki ehtiyacları qarşılamaq üçün 500 milyon dollarlıq yardım çağırışı başlatdıq"-deyib. 2024-cü ildə Qəzza, Konqo Demokratik Respublikası, Ukrayna, Sudan və Myanma kimi bir çox ölkədə ciddi pozuntular və sui-istifadə halları qeydə aldıqlarını xatırladan Türk dəfələrlə mülki ölüm və iztirablara, risklərə son qoyulması üçün çağırış etdiklərini vurğulayıb.
Türk bildirib ki, 2024-cü ildə 92 ölkədə çalışan 2 min işçisi olan BMT İnsan Haqları Bürosu 15 minə yaxın insan hüquqları pozuntusu faktını sənədləşdirib və yardım göstərib. 49 mindən çox işgəncə qurbanına və onların ailələrinə dəstək olub.
Pentaqon rəhbəri: Sərnişin təyyarəsi ilə...
Tehranda havanın çirklənməsi "qırmızı"...
Avropa İttifaqı Rusiyaya qarşı yeni...
Bir sıra canlıların genetik...
Fransa Çaddakı son hərbi bazasını orduya...