31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

2024-cü ilin dekabrında Avrozonada işsizlik səviyyəsi artıb

30-01-2025
IMG

Avrozonada 2024-cü ilin noyabr ayında yüzdə 6,2 olan işsizlik səviyyəsi dekabrda yüzdə 6,3-ə yüksəlib. Avropa Statistika İdarəsi Avropa İttifaqı  və Avro Bölgəsinin 2024-cü ilin dekabr ayı işsizlik göstəricilərini dərc edib.Buna görə, AB-də noyabrda yüzdə 5,8 olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti dekabrda yüzdə 5,9-a yüksəlib.
Ötən ilin eyni dövründə işsizlik səviyyəsi Avro Bölgəsində yüzdə 6,5, Aİ-də isə yüzdə 6 olaraq qeyd olunub. 
Dekabrda işsizlik səviyyəsi İspaniyada 10,6 faiz, Yunanıstanda 9,4 faiz, Finlandiyada 8,6 faiz, İsveçdə 8,5 faiz təşkil edib. Dekabrda AB-də işsizlərin sayı 12 milyon 978 min olub ki, bunun da 10 milyon 830 mini Avro Bölgəsinin payına düşür. 
Dekabr ayında 25 yaşdan kiçik işsiz gənclərin sayı Aİ-də 2 milyon 927 min, Avro Bölgəsində isə 2 milyon 359 min olaraq qeydə alınıb.
Gənclər arasında işsizlik səviyyəsi Avropa İttifaqında 15 faiz, Avrozonada isə 14,8 faiz olaraq ölçülüb.

Paylaş: