30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

“Mona Liza” köçürülür

29-01-2025
IMG

Fransanın paytaxtı Parisdə dünyaca məşhur Luvr Muzeyində  aparılacaq təmir işləri çərçivəsində mədəniyyət müəssisəsinə yeni girişin ediləcəyi bildirilir. Fransa prezidenti Emmanuel Makron "Luvrun Yeni İntibahı" adı altında həyata keçiriləcək işlərlə bağlı məlumat verib. Bu muzeyin Fransa tarixində əhəmiyyətli bir yerə sahib olduğunu bildirən Makron muzeyin şərq fasadında yeni bir girişin tikiləcəyini ifadə edərək  bildirib ki, işlər muzeyin öz maliyyə vəsaiti hesabına həyata keşiriləcək və en gec 2031-ci ildə tamamlanacaq.

 İtalyan rəssamı Leonardo da Vinçinin  “Mona Liza”sı xüsusi bir əraziyə köçürüləcək və bunun üçün əlavə bilet tələb olunacaq. Fransa Mədəniyyət Naziri Rachida Datidən muzeyə Avropa Birliyi xaricindən gələn ziyarətçilər üçün daha yüksək giriş qiyməti tətbiq etməyi xahiş edən Makron yeni bilet qiymətlərinin 1 yanvar 2026-cı il tarixindən etibarən qüvvədə olacağını söyləyib. 

Luvr Muzeyinin direktoru Laurens des Cars Mədəniyyət Naziri Datiyə göndərdiyi məktubda muzeyin texniki avadanlıqların istismar müddətini başa vurduğunu bildirib.

Qeyd edək ki, Luvr Muzeyi 2024-cü ildə 8,7 milyon ziyarətçiyə ev sahibliyi edib.

Paylaş: