29 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Polşa prezidenti Duda: “Şimal axını” boru kəmərləri sökülməlidir

27-01-2025
IMG

Polşa prezidenti Andjey Duda Rusiyadan Avropaya təbii qaz daşıyan “Şimal axını” boru kəmərlərinin Mərkəzi Avropa ölkələri üçün təhdid yaratdığını və buna görə də sökülməli olduğunu deyib. 

BBC-yə müsahibə verən Duda bildirib ki, Rusiya-Ukrayna müharibəsində sülh razılaşması əldə olunsa belə, Rusiyadan təbii qaz axını yenidən başlamamalıdır.

“Şimal axını” boru kəmərlərinin Ukrayna, Polşa və Slovakiya kimi ölkələr üçün enerji, hərbi və iqtisadiyyat baxımından böyük təhlükə yaratdığını qeyd edən Duda bunun Rusiyanın Avropa üzərindəki iqtisadi üstünlüyünü göstəricisi olduğunu deyib.

“Düşünürəm ki, “Şimal axını” boru kəmərləri sökülməlidir” -deyən  Duda bəyan edib ki, Almaniya kimi ölkələr iqtisadi problemlərini həll etmək üçün Rusiyaya müraciət etmək məcburiyyətində qalmayacaqlar.

Paylaş: