Azərbaycan cüdoçuları Belçikadakı turnirin ilk günündə 4 medal qazanıblar
Azərbaycan cüdoçuları Belçikanın Vise şəhərində keçirilən Belçika Açıq Cüdo turnirinin ilk yarış günündə 4 medal qazanıblar.
Fhnews.az xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 1-i isə bürünc medaldır.
Kişilər arasında 4 çəki dərəsində Azərbaycanın 9 cüdoçusu qüvvəsini sınayıb. 60 kiloqram çəkidə Murad Muradlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kiloqram çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.
+100 kiloqram çəkidə İmran Yusifov gümüş mükafata yiyələnib. Camal Qamzatxanov və Camal Feyziyev isə 5-ci sırada qərarlaşıb.
Azərbaycan Karate Federasiyasının...
Azərbaycan karateçiləri ötən il...
Azərbaycan qılıncoynadanı Estoniyada...
Azərbaycan komandası qarüstü polo üzrə...
Azərbaycanın sərbəst güləşçiləri...