Finlandiyada yaşayış icazəsi almaq üçün tələblər sərtləşdiriləcək
Finlandiya hökuməti daimi yaşayış icazəsi almaq üçün yeni tələblər tətbiq etməyi planlaşdırır.
Fhnews.az “Yle” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen bildirib.
Qeyd olunub ki, yaşayış icazəsi almaq üçün ölkədə qalma müddəti dörd ildən altı ilədək artırılacaq.
Bundan əlavə, İsveç və fin dillərində biliklərin təsdiqlənməsi tələb olunacaq.
O da bildirilir ki, illik gəlirin ən azı 40 min avro olması şərti ilə ölkədə dörd il qaldıqdan sonra yaşayış icazəsi alına bilər. Həm də ölkədə tanınan ali təhsilə və ya doktorantura təhsilinə malik olmaq lazımdır.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...