Qazaxıstanda əsrlər öncəsinə aid yeni artefaktlar aşkar edilib
Qazaxıstanın Atrau vilayətində Sarmatlar dövrünə aid məzarlarda aparılan qazıntılar nəticəsində əsrlərə aid əsərlər üzə çıxıb.Bölgədəki “Karabau-2” kurqanında son 2 ildə arxeoloji qazıntılar aparılır.Kurqandakı 9 qəbirdən 7-də eramızdan əvvəl VI əsrdən (e.ə. IV əsrə qədər) bölgədə yaşayan atlı köçəri xalq olan Sarmatlara məxsus insan qalıqları, eləcə də zinət əşyaları, silahlar və keramika qablar tapılıb.
Atrau Regional-Tarixi Muzeyində keçirilən sərgidə üzə çıxarılan əsərlər ilk dəfə nümayiş etdirilib.
Əsərlər arasında hər iki tərəfində dağ bəbiri təsvir olunmuş və çəkisi təxminən 370 qram olan qızıl bilərzik sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...