30 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Sirli yeraltı dağlar: Everesti cırtdan edən nəhəng strukturlar kəşf edilib

26-01-2025
IMG

Everestin 8800 metrlik zirvəsi dünyanın ən hündür nöqtəsi kimi tanınsa da, elm adamları Yerin dərinliyində bir qitə böyüklüyündə, Everestdən 100 dəfə yüksək olan iki nəhəng struktur aşkar ediblər. Afrika və Sakit okeanın altında basdırılan bu strukturlar yer qabığının 2 min kilometr altında yerləşir. Bu quruluşlar zəlzələlərdən yayılan seysmik dalğaların davranışlarını araşdıran elm adamları tərəfindən aşkar edilmişdir. Zəlzələlər zamanı yayılan dalğalar yavaşlayır, bu sıx və isti ərazilərdən keçdikcə istiqaməti zəifləyir və ya dəyişdirir. "Böyük aşağı seysmik sürət əyalətləri" adlanan bu quruluşlar mantiyanın dərinliklərində yerləşir. Tədqiqatlar göstərir ki, bu nəhəng strukturların ən azı yarım milyard il yaşı var və hətta Yer kürəsinin əmələ gəlməsinə qədər gedib çıxa bilər. Bu, mantiyanın daim hərəkət etməsi və qarışması ilə bağlı ənənəvi fikrə meydan oxuyur. Bu strukturlar mantiyanın hərəkətə baxmayaraq toxunulmaz qala biləcəyini göstərir. Seysmik dalğaların üzə çıxardığı bu sirli dağlar Mars böyüklüyündə Theia adlı planetin qalıqları olma ehtimalı ilə diqqəti cəlb edir.

Paylaş: