Tarixi Çanaqqala yarımadasında meşə yanğınları üçün "Təhlükəsizlik kəməri" yaradılacaqdır
Çanaqqalanın Eceabat rayonunun sərhədlərindəki tarixi Çanaqqala yarımadasında keçən ilin iyin-avqust aylarında baş vermis böyük meşə yanğınlarından sonra bölgədə “təhlükəsizlik kəmərləri" yaradılması planlaşdırılıb.
Tarixi Çanaqqala müharibələrinin yaşandığı bölgədə keçən il çıxmış iki yanğında təxminən 1300 hektar ərazi zərər görüb. Buna görə, bölgədəki mümkün yanğınların riskini minimuma endirmək və bölgə xalqına zərərin qarşısını almaq üçün tədbirlər planı hazırlanıb. Məsələ ilə bağlı fikirlərini mətbuata açıqlayan Gelibolu Tarixi Bölgə Müdiri İsmayıl Kasdemir bunları bildirib : “Keçən il çox təəssüf ki, Çanaqqalanın tarixi ərazisində yanğınlar yaşadıq. Təbii ki, bu yanğınlar bizə çox ziyan vurdu,bir çox meşə fondu məhv oldu. Xüsusilə də tarixi ərazi bölgəsi. Bizim üçün çox əhəmiyyətli olan Tarixi Bölgə Müdirliyi olaraq, hər il yanğın təhlükələrinə qarşı necə tədbir alacağımız və onları necə daha sürətli önləyəcəyimizdir. Yanmış meşə sahələrini necə əvvəlki vəziyyətinə qaytara bilərik. Mülki idarəmiz, aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları, tarixi ərazi müdirliyi, universitet və tarixçilər, elm adamları, yerli xalq və muxtarlarla birlikdə yanan ərazilərlə bağlı bundan sonra nə edə biləcəyimizi və yanğına qarşı hansı tədbirləri görəcəyimizi planlaşdırırıq”.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...