Donald Tramp: “Yenidən Ümumdünya Səhiyyə Təşkilatında ola bilərik”
ABŞ prezidenti Donald Tramp ölkəsinin yenidən Ümumdünya Səhiyyə Təşkilatına üzv ola biləcəyinə işarə edib. Las-Veqas mitinqində çıxışı zamanı Tramp vəzifəyə başladığı ilk gündə imzaladığı fərmanla üzvlüyündən çıxdığını açıqladığı ÜST-na ABŞ-nın yenidən qayıda biləcəyini söyləyib: "Biz ÜST-dən çıxdıq. Biz oraya ildə 500, Çin isə əhalisinin sayının daha çox olmasına baxmayaraq 39 milyon dollar ödəyirdi. Amma bəlkə biz yenidən qoşulmağı düşünə bilərik."
Xatırladaq ki, yanvarın 22-də Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Donald Trampı ÜST-dən çıxmaq qərarına yenidən baxmağa çağırıb.
ABŞ prezidenti vəzifəyə gəldikdən dərhal sonra Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından çıxmasını nəzərdə tutan fərman imzalayıb. Fərmanın mətnində ABŞ-nın geri çəkilməsinin səbəbləri olaraq təşkilatın Çinin Uhan şəhərində baş verən “Covid-19” epidemiyası, digər qlobal sağlıq böhranlarını düzgün idarə etməməsi, təcili ehtiyac duyulan islahatları qəbul etməməsi, üzv dövlətlərin yersiz siyasi təsirlərindən ÜST-nin müstəqilliyini qoruyub saxlamaması göstərilib. Mətndə o da qeyd olunub ki, “ÜST ABŞ-dan haqsız yerə ağır ödənişlər tələb etməyə davam edir".
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...