Maralböcəklərin döyüşməsi şəkli müsabiqəsinin qalibi olub
“Geniş plan fotoqrafı” müsabiqəsinin qalibləri məlum olub. 2018-ci ildə Treysi və Den Kolderlər tərəfindən əsası qoyulan bu müsabiqə dünyanın gizli möcüzələrini geniş planda, makro və mikro çəkilişlərlə üzə çıxarmağı hədəfləyir.
Bu il dünyanın 61 ölkəsindən fotoqraflar 11 mindən çox iş təqdim ediblər. Fotoqraf Svetlana İvanenko iki maralböcəyinin dominantlıq uğrunda mübarizə aparmasını təsvir edən valehedici şəkli ilə mütləq qalib elan edilib.
Fhnews.az oxuculara müsabiqənin qaliblərinin bəzi şəkillərini təqdim edir.
2024-cü ilin dekabrında Avrozonada...
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...