31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə COP29-un nəticələri barədə fikir mübadiləsi aparılıb

30-01-2025
IMG

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

Paylaş: