Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Fhnews.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı...
Konstitusiya Məhkəməsi Palatasının...
Qlobal və regional ictimai-siyasi...
Aqrar Tədqiqatlar Mərkəzində ötən il...
Dünya Bankının nümayəndə heyəti AQTİ-nin...