Bu həftə sis,duman və hava çirkliliyi İstanbula hakim olacaq
Son günlər Afrikadan gələn yüksək təzyiq sistemlərinin təsiri ilə sis və duman səhər və axşam İstanbulda təsirli olub. Bu, şəhərdəki hava keyfiyyətinin azalmasına səbəb olub.Göztepe, Kartal, Fikirtepe, Uzunçayır, Mecidiyeköy və Kağıthane hava çirkliliyinə görə ən pis olan yerlərdir. Məsəsləyə mütəxəssis yanaşması üçün İstanbul Aydın Universitetinin alimi Güven Özdemirin fikirləri maraq doğurub. Türkiyənin Afrikadan gələn yüksək təzyiq sistemlərinin təsiri altında olduğunu deyən alim deyir ki, yeddi təpədə qurulmuş İstanbulun düz bir səthdə olmaması da faktorlar arasındadır.
1 həftə İstanbulda yağışlar olmayacaq və yüksək təzyiq təsirini davam etdirəcək. Havanın çirkliliyinin sənayenin və nəqliyyatın sıx olduğu hissələrdə təsirli olacağını vurğulayan Özdemir metropolitlərdə yaşayan vətəndaşların diqqətli olmalarını da qeyd edib.
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...
Fransız Alplarında qar uçqunu...