Hollandiyada bir muzeydə nümayiş etdirilən tarixi qızıl əşyalar oğurlanıb
Hollandiya polisi Assen şəhərindəki Drents Muzeyində baş verən oğurluqda Rumıniyanın ən qiymətli tarixi əsərlərindən biri olan Cotofeneşti Qızıl Dəbilqə və üç kral qolbağının da olduğu əşyaların oğurlandığını açıqlayıb.
Açıqlamada yerli vaxtla saat 03.45-də muzeyin qapısının partlayıcıdan istifadə edilərək açıldığı və oğurluğun birdən çox şəxs tərəfindən törədildiyi bildirilib.
Polis muzeyin yaxınlığında tapılan yanmış avtomobilin oğurluqla əlaqəsi olub-olmadığını araşdırarkən, cinayətkarların tutulması üçün genişmiqyaslı araşdırmalara başlanılıb.
Drents Muzeyindən verilən açıqlamada Rumıniya Milli Tarix Muzeyindən icarəyə götürülmüş və eramızdan əvvəl 450-ci ilə aid Cotofeneşti Qızıl Dəbilqəsinin və üç Daçya kral qolbağının oğurlandığı təsdiqlənib. Muzeyin direktoru Harri Tupan açıqlamasında "Bu, həm Assendəki Drents Muzeyi, həm də Buxarestdəki Rumıniya Milli Tarix Muzeyi üçün üzücü bir gündür. Dünən gecə baş verən hadisələrdən dərin sarsıldıq.”-deyə bildirib.
Qeyd edək ki, 2022-ci ildə də Hollandiyada keçirilən TEFAF İncəsənət Sərgisində 2 almaz daş-qaş oğurlanmışdı, lakin təxminən iki il sonra 2024-cü ilin mayında onlar tapılaraq muzeyə təhvil verilib.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...