Bələdiyyə seçkiləri: Mətbuat Şurasının “qaynar xətt”inə indiyədək müraciət daxil olmayıb
Bu gün saat 15.00-dək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb.
Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvermə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyir. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat verə bilərlər.
Ekoloji hüquqpozmalara qarşı mübarizə...
Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti...
İnternet informasiya resurslarında qumar...
FHN-in helikopteri ilə vəhşi heyvanların...
ANAMA: Ötən həftə 935,6 hektar ərazi...