Göyçayda topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göyçay rayonunun Qaraməryəm kəndində fiziki şəxs Natiq Namiq oğlu Musayevə məxsus qida məhsullarının topdansatışı mağazasında yoxlama aparıblar.
Agentlikdən verilən məlumata görə, yoxlama zamanı mağazada normativ tələblərin pozulduğu, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
Vəkillər Kollegiyasında...
BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal...
Bu il 150 əmək yarmarkasının keçirilməsi...
DOST İnklüziv İnkişaf və Yaradıcılıq...
Ötən ay sığortaedənlərin sayı 8 min...