20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb

16-02-2025
IMG

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, “Çermet” körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Paylaş: