20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

16-02-2025
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.

DİM-dən verilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil edilir və imtahan vermək üçün 812 namizəd qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd qeydiyyatdan keçib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanın keçirilməsi üçün 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Paylaş: