20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

İtaliyadakı Etna vulkanı  kül və lava püskürür

14-02-2025
IMG

Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etnada son vulkanik fəaliyyət davam edir.

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın kül və lava püskürtdüyü bildirilir.

Yerli mətbuatda yazılan xəbərlərdə həftə sonu "Bocca Nuova (Yeni Ağız)" olaraq bilinən kraterin cənub yamacında meydana gələn çatdan sızan lava axınının davam etdiyi, digər tərəfdən cənub-şərq kraterinin də kül səpdiyi bildirilib.

Vulkanın cənub-şərq kraterinin yaydığı külün 2 kilometr hündürlüyə çatdığı bildirilib.

Ada ətrafındakı hava məkanının müəyyən hissələrinin yüksələn kül buluduna görə səhər saatlarında uçuşlara bağlandığı qeyd edilib.

Xatırladaq ki, 2024-cü ilin yay aylarında Kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna vulkanında şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər qeydə alınıb.

Paylaş: