20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

16-02-2025
IMG

Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb. 

Fhnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: