Azərbaycanla Moldova arsında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib
Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə regional və beynəlxalq vəziyyətlə bağlı aktual məsələlər müzakirə olunub. İki ölkə arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli təmasların rolu qeyd edilib. Ölkələr arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda Asiya Parlament Assambleyasının...
Asiya Parlament Assambleyasının Sosial...
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya...
Türkiyənin Asiya Parlament...
Azərbaycan xalqına qarşı çoxsaylı...