20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb

14-02-2025
IMG

Cənubi Koreyanın Pusan şəhərində inşası davam edən hoteldə baş verən yanğın nəticəsində azı 6 fəhlə ölüb, 7 nəfər xəsarət alıb.

Fhnews.az Pusan şəhərinin Yanğınla mübarizə departamentinin məlumatına istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 10:50-də hotelin birinci mərtəbəsində inşaat materiallarının toplandığı yerdə başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər 100-dən çox fəhləni təxliyə edib. Binanın damında olan 14 fəhlə helikopterlər vasitəsi ilə xilas edilib. Amma onlardan 6 nəfəri tüstüdən zəhərlənərək ölüb.

Yanğın söndürülüb, hazırda axtarışlar aparılır.

Paylaş: