20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Misir sahillərində ABŞ təyyarədaşıyan gəmisi ilə yük gəmisi toqquşub

14-02-2025
IMG

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Harry S. Truman” təyyarədaşıyan gəmisi Misirin Port Səid şəhəri yaxınlığında “Beşiktaş-M” yük gəmisi ilə toqquşub. Hadisə ilə bağlı ABŞ  Hərbi Dəniz Qüvvələrinin yaydığı   bəyanatda bildirilib ki, toqquşma “Harri S. Truman”  üçün təhlükə yaratmayıb. Qəza hərəkət sistemlərinə təsir etməyib, onlar təhlükəsiz və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır."

Qeyd edək ki, “USS Harry S. Truman” gəmisi ötən ilin dekabrından Yəməndə İranın dəstəklədiyi husilərin kommersiya və hərbi gəmilərə təşkil etdiyi hücumların qarşısını almaq missiyası çərçivəsində Qırmızı dənizdə fəaliyyət göstərir.

Paylaş: