Azərbaycan atleti Balkan çempionatının qalibi olub
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqrad şəhərində qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,3 metr məsafə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur.
Azərbaycanın həvəskar xizəkçiləri Türk...
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq...
Azərbaycan Milli Olimpiya Komitəsinin...
Prezident İlham Əliyev yenidən...
Azərbaycan çimərlik voleybolu üzrə...